Çərşənbə günü (31 iyul) HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin şəhadətindən sonra Məhəmməd Baqir Qalibaf X sosial şəbəkəsində öz istifadəçi hesabında yazıb: Fələstin müqavimətinin cəsur lideri, yorulmaz mücahid və müdrik müəllim, mübariz Fələstin xalqının ləyaqətinin və İslam dəyərlərinin qoruyucusu, Qüds şəhidi Hacı İsmayıl Həniyəyəyə Allah rəhmət eləsin.
İslam Şurası Məclisinin sədri bu mesajında vurğulayıb: İran və Fələstin xalqları bir-birinin qucağında bu böyük müsibətdən kədərlənirlər. İslami İran və Müqavimət Cəbhəsi şəhid qardaşının qanından keçməyəcək.
Sizin rəyiniz